SON XƏBƏR

Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü

İyun 03
10:06 2020
Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb.

Trend-in məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook