SON XƏBƏR

Kiyevdə Rusiya səfirliyinin avtomobili yandırılıb

Noyabr 26
08:29 2018
Kiyevdə Rusiya səfirliyinin avtomobili yandırılıb.

Bu barədə "Report" "Ukrainskaya pravda"ya istinadən xəbər verir.

Ağ rəngli, "DP-001-019" dövlət seriya nömrəli "Volkswagen Jetta" diplomatik missiyanın yaxınlığında yandırılıb. Nəşr bildirib ki, bu dövlət seriyası Rusiyanın diplomatik nümayəndəliklərinin – konsulluqlarının, həmçinin diplomatik personalın üzvlərinin avtomobillərinə aiddir.

Yanğınsöndürənlər alova bürünmüş maşını söndürüblər. Hazırda Kiyev polisi hadisədə əli olanları müəyyənləşdirməyə çalışır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook