SON XƏBƏR

Kiyev Rusiyanı BMT TŞ-da veto hüququndan məhrum etməyə çağırdı

Fevral 22
18:04 2017
Ukraynanın Xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.
 
Bu barədə UNİAN agentliyi istinadən xəbər yayıb.
 
"Münaqişə tərəfinin BMT-nin TŞ-nın daimi üzvü kimi bu masa arxasında olmasına baxmayaraq, Şuranın "qanlı münaqişələrə” effektiv reaksiya vermək qabiliyyəti olmalıdır”, - P.Klimkin bunu Təhlükəsizlik Şurasının Avropada həll olunmamış münaqişələrə həsr olunmuş iclasda bildirib.
 
Ukrayna XİN rəhbəri BMT-nin Nizamnaməsinin 27 maddəsini xatırladıb. Həmin maddəyə görə, mübahisəli məsələdə iştirak edən tərəf qərar qəbul edilərkən bitərəf olmalıdır. Onun sözlərinə görə, bu maddənin "iqnor” edilməsi yolverilməzdir.
 
Hazırda BMT TŞ-nın daimi üzvləri Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya veto hüququna malikdirlər, bu hüquq onlara beynəlxalq təşkilatın istənilən qətnaməsini blok etməyə imkan verir.(oxu.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook