SON XƏBƏR

Kiyev Moskvaya etiraz notası verib

İyun 07
09:12 2017
Rəsmi Kiyev Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkonun rəhbərlik etdiyi bir qrup rusiyalı yüksək vəzifəli şəxsin Krıma səfər etməsi ilə əlaqədar bu ölkənin XİN-ə etiraz notası verib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in mətbuat xidmətinin məlumatında bildirilir. 

"Ukrayna XİN-i işğalçı dövlətin bir qrup yüksək vəzifəli şəxsin Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkonun rəhbərliyi ilə Krım Muxtar Respublikasına növbəti qanunsuz səfəri ilə əlaqədar qəti etirazını bildirir. Həmin səfər Ukrayna qanunvericiliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə həyata keçirilib. Bununla əlaqədar Rusiya XİN-ə müvafiq etiraz notası verilib”, - deyə məlumatda bildirilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook