SON XƏBƏR

KİV haqqında qanuna dəyişikliklər olacaq - Komitə sədri

İyun 22
11:32 2020
"Milli Məclisin Mədəniyyət komitəsi qısa zaman ərzində bir sıra məsələlərlə bağlı sənədlər üzərində çalışır. Hazırda komitədə "Kinematoqrafiya haqqında”, "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Yazılı abidələr haqqında”, "Kabel şəbəkəsi yayımı haqqında” qanunlara baxılır. Eyni zamanda, "Kütləvi informasiya vasitələri haqqında”, "Azərbaycan Respubliaksında Dövlət dili haqqında” qanunlara əlavə və dəyişikliklər ilə bağlı təkliflər verilir, müzakirələr aparılır”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Milli Məclis” jurnalına müsahibəsində deyib. Komitə sədrinin sözlərinə görə, komitənin fəaliyyəti ölkənin hüdudlarından kənarda da davam etdirilir:

"Eyni zamanda, biz bir sıra mövzular ətrafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizin inkişafına xüsusi diqqət və qayğısını nəzərə alaraq pandemiya dövrünün qaydalarının imkan verdiyi çərçivədə bir sıra istiqamətlərdə ictimai dinləmələr və bəzi bölgələrimizdə mədəniyyət sahəsi ilə bağlı təşəbbüslərlə çıxış etməyi planlaşdırırıq. Komitəmiz Azərbaycan mədəniyyətinin xaricdə təbliği mövzusuna da xüsusi diqqət yetirir və bu istiqamətdə qanun və prosedurların imkan verdiyi çərçivədə fəal çalışmağa başlamışıq”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook