SON XƏBƏR

Kirayə mənzillərin satışına dəqiqələr qalmış sistem çökdü

Yanvar 22
10:16 2020
Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-da Azərbaycanda kirayə mənzillərin satışına başlanılır. 

Qlobal.az oxu.az-a istinadən xəbər verir ki, müraciətlərə dəqiqələr qalsa da, İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka səhifəsində problem yaranıb.

İstifadəçilər sistemə ASAN İmza ilə daxil olmağa çalışsa da, sistem çöküb.

Məsələ barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidməti ilə əlaqə saxlasaq da, buna müvəffəq ola bilmədik. 

Qeyd edək ki, artıq bununla bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır. 

Xatırladaq ki, MİDA-nın həyata keçirdiyi sosial mənzillərin satışı prosesində də analoji problem yaranmış, sistemin çökməsi səbəbindən satış ləğv edilmiş, daha sonra yenidən baş tutmuşdu. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook