SON XƏBƏR

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? (VİDEO)

İyun 27
00:02 2018
Hər il yay aylarında kirayə mənzil bazarında qiymətlər ucuzlaşsa da, bu il ciddi bir qiymət enməsi müşahidə edilmir.

Qlobal.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, rieltorlar bunu ölkəmizə turist axınının çox olması ilə əlaqələndirirlər. Xüsusilə də şəhər mərkəzinə yaxın evləri turizm şirkətləri bir neçə aylıq kirayə götürərək, turistlərə günlük təklif edirlər. Nəticədə də evlərin kirayə qiyməti yay aylarında da dəyişməz qalır.

Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov deyir ki, əvvəlki illərdə yay aylarında mənzil bazarında durğunluq müşahidə edilirdi. İndi isə tam bunun əksinədir. Xususən də bağ evlərinə tələbat yüksək olduğundan həmin evlərin kirayə qiyməti artıb.

Rieltorlar qarşıdakı aylarda yeni dərs ilinin başlanması ilə əlaqədar mənzil bazarında qiymətlərin artacağını proqnozlaşdırırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook