SON XƏBƏR

Kestutis Yankauskas: "Əsasən, miqrantlar, uşaqlar və qadınlar insan alverinin qurbanı olur”

Oktyabr 18
11:55 2017
"Dünyada silah və narkotik alverindən əldə edilən gəlirlərdən sonra ən çox gəlir insan alverindən əldə edilir".
 
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə gününə həsr olunmuş tədbirdə deyib. Səfir bildirib ki, bu gün 2007-ci il oktyabrın 18-dən qeyd olunmağa başlayıb: "İnsan alveri ilə məşğul olanlar insanların köməksiz vəziyyətindən istifadə edirlər. İnsan alveri cinayəti Avropa dəyərlərinə tam ziddir". 

Səfir qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda insan alverinə qarşı mübarizə üçün 5 illik strategiya icra edir: "Bu strategiyada 40-a yaxın konkret addım nəzərdə tutulub. İlk növbədə qurbanların hüquqlarının müdafiəsi nəzərdə tutulur. Daha çox miqrantlar, uşaq və qadınlar insan alverinin qurbanı olur".
 
K. Yankauskas deyib ki, insan alverinə qarşı mübarizədə səylər birləşdirilməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook