SON XƏBƏR

Kəşfiyyatçı Vardanovdan sərsəm təklif: “Axmaqlıq etmək istəmiriksə, Naxçıvanı götürməliyik”

Avqust 06
15:47 2018
Keçmiş erməni kəşfiyyatçısı, "Sağ qalmaq sənəti” təşkilatının rəhbəri Vova Vardanov Ermənistanın 1-ci informasiya saytına KTMT, Rusiya ilə münasibətlər, Yuri Xaçaturovun həbsi və müharibə perspektivi ilə bağlı açıqlamalar verib.

Vova Vardanov KTMT-ni ölü təşkilat saydığını, lakin Xaçaturov məsələsində Ermənistanın ehtiyatlı olması gərəkdiyini söyləyib. O, Rusiya əleyhinə atılacaq hər hansı addımın ciddi nəticələr doğura biləcəyini qeyd edib.

"Rusiya tərəfindən səslənən bəyanatlar hələ nəticə deyil, bu sadəcə "məşqdir”. Əgər burada Rusiyanın ürəyincə olmayan gəlişmələr baş versə, bu zaman biz yay yağışının yerinə, əsl dolu görəcəyik”, - Vardanov bildirib.

Vardanovun firkincə, Rusiyanın icazəsi olmadan Ermənistan rəhbərliyi çətin ki, Yuri Xaçaturova toxuna bilərdi.
 
Vardanov Paşinyanın Ruisyanın Dağlıq Qarabağda eskalasiyaya yol verməyəcəyi barədə sözlərinə də toxunub. O, erməni baş nazirin bununla məsuilyyəti Moskvanın üzərinə qoymaq istədiyini bildirib.

Keçmiş kəşfiyyatçı ermənilərin xəyallaırnı bəzəyən fantaziyasını da açmağı unutmayıb:

"Hazırkı anda, Ermənistan üçün əsas məsul şəxs baş nazir sayılr. Ölkənin döyüş qabiliyyəti məhz ondan asılıdr. Bu zaman hərbi-nöqteyi nəzərdən savadlı əhalinin olub-olmadğı ortaya çıxacaq. Bütün bunlar bizim Bakıya daxil olmaq imkanının yaranmasına gətirib çıxara bilər”.

Vova Vardanyan Ermənistan müdafiə nazirinin Azərbaycanın Naxçıvan bölgəsi ilə hüdud xətlərini gəzməsini də ayrı yerə yozub.

"Naxçıvan türklərin zəif yeridir. Naxçıvan həmişə bizim üçün girov olub, elə də qalacaq. Birinci kim zərbə vuracaqsa, qalib odur. Əgər biz axmaqlıq etmək istəmiriksə və intihara hazırlaşmırıqsa, birinci hücum etməli və Naxçıvanı götürməliyik”.

Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook