SON XƏBƏR

Kərəm Həsənov qaynını "general doljnust"una gətirir- Təfərrüat

Yanvar 09
02:33 2017
2017-ci ilin ilk aylarında DİN strukturlarında bir sıra dəyişikliklər gözlənilir. Adıçəkilən nazirlikdəki mənbəsinin məlumatına görə, dəyişikliklərdən biri Gəncə diigəri isə Daşkəsəndə baş tutacaq. Belə ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun hazırda Daşkəsən rayon polis şöbəsinin rəisi işləyən qaynı Fəxrəddin Abbasovun yaxın zamanlarda  Gəncə  Şəhər Baş Polis İdarəsinin rəisi təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, mərhum general Rasim Musayevin Gəncədən "vurulmasından” sonra şəhərə polis rəisi gələn Faiq Şabanov  ötən illər ərzində DİN rəhbərliyinin də etimadını qazana bilməyib.  Bir neçə dəfə töhmət alan Faiq Şabanova hətta general rütbəsi də verilməyib.
 
Artıq onun əvəzlənməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də razılıq verib.
 
Kərəm Həsənovla quda olan Elmar Vəliyevin də komitə sədrinin qaynının polis rəisi olması üçün  onunla birgə çalışdığı bildirilir. (gununsesi.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook