SON XƏBƏR

Kərəm Həsənov “İmanovların” özbaşınalığına niyə göz yumur?

Oktyabr 26
12:42 2016
Kərəm Həsənovla bağlı araşdırma aparanda o qədər maraqlı faktlar ortaya çıxdı ki, yeni yazı yazmaq zərurəti yarandı.
 
Keçən ilin axırlarına yaxın Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov və komitənin bir neçə məsul əməkdaşı Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilmişdilər.
 
İddiaya görə, Dövlət Reyster Xidmətinin həyata keçirtdiyi bir çox qanunsuzluqlar və obyekt sahiblərindən sənədləşdirilmə işlərinə görə külli miqdarda rüşvət alınması Korrupsiyaya Qarşı Mübarizə İdarəsini hərəkətə keçirib.
 
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunandan və bu komitəninin səlahiyyətlərinin bir çoxunun Dövlət Əmlak Komitəsinə verilməsindən Məhhəmməd İmanov və qurumun digər məsul işçiləri daha çox özbaşınalığa yol veriblər. Və bu özbaşınalıq şikayətlərin kəskin artımına səbəb olub.
 
Çünki Məhəmməd İmanovun rəhbərlik etdiyi Dövlət Reyster Xidməti bələdiyyələrdən pay torpaqları alan vətəndaşlara reyster sənədlərini vermək üçün onlardan kütləvi şəkildə 5 min manat tələb edirdi. Rüşvət verilmədiyi təqdirdə, heç kəs reyster sənədlərinin üzünü görə bilmirdi. Üstəlik Məhəmməd İmanov
bələdiyyələrə ondan xəbərsiz torpaq satmağa izn vermirdi. Bu da vəziyyətin gərginləşməsinə gətirib çıxarırdı.
 
Maraqlısı budur ki, dövlət büdcəsindən milyonları mənimsəyən bir "İmanov” daha var. Sözügedən şəxs 6 saylı regional Ərazi İdarəsinin reyster şöbəsinin müdiri, Məhəmməd İmanovun qardaşı Zaman İmanovdur.
 
2014-cü il sentyabrın 1-də 6 saylı Ərazi İdarəsinin yeni inzibati binaya köçməsindən istifadə edən Zaman İmanov köhnə binanı "su qiymətinə” özəlləşdirərək ələ keçirib.
 
Bununla yetinməyib, Ağcabədi, Füzuli, Beyləqan rayonlarında öz adamları vasitəsilə külli miqdarda pul əldə edirdi.
 
Təbii ki bu qanunsuzluqlarda İmanov qardaşlarının güvəndiyi "etibarlı dayaq” var idi ki, bu da Kərəm Həsənov idi.
 
Araşdırmalardan çıxan nəticəyə görə, cənab Həsənov hazırda qərar tutduğu post da belə boş-boşuna qalmayıb, yerini qorumaq üçün bəzi yollara əl atıb.
DƏK sədri indiyədək bir çox məmurun əməllərinə göz yumub, hətta "xahiş” ilə çoxuna qanunsuz auksionlar keçirilməsində, dövlət əmlakının özəlləşdirilməsində yardım edib. Buna görə də postunu itirmək təhlükəsi yarananda, iri məmurların bəzilərini "şantaj” edərək, bəzilərini isə "şirnikləndirərək” özünə "krışa” tapır.(Bolgexeber.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook