SON XƏBƏR

Kənd Təsərrüfatı Nazirliyi AMAL-ı təqdim etdi

Oktyabr 30
11:43 2018
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yeni layihəsini - AMAL-ı təqdim edib.

Qlobal.az xəbər verir ki, layihə KTN-in kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətrf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür. Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və FAO-nun həyata keçirdiyi "AMAL" layihəsi regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır.

Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olqn bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərtə tutulub.

"AMAL" layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların və məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyərinin yaxşılaşdırılmasına dəstək verməkdir.

"Bu layihə ölkədə gənclər siyasətinin daha səmərəli keçirilməsinə töhfə verəcək, cəmiyyərin bütün sahələrində olduğu kimi, aqrar sektorda da onların iştirak səviyyəsini artıracaq, yeni nəsil fermerlərin formalaşmasına yol açacaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarəlmasına şərait yaradacaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıracaq, aqrara sektorda müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təşviqləndirəcək", - deyə Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Aqrar Məşğulluğun Artırılması Layihəsi ilkin mərhələdə seçilmiş pilot rayonları əhatə edəcək. Layihəni Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook