Kəmaləddin Qafarovdan revanş - Böyük biznesdən böyük siyasətə doğru...
May 23
00:01
2017
Milli
Məclisin ən gənc deputatlarından olan Kəmaləddin Qafarov barəsində Qlobal.az
ilginc məlumat əldə edib. Məlumatda iddia olunur ki, ölkənin ən böyük dərman
monopolistlərindən biri olan Kəmaləddin Qafarovun yaxın zamanlarda deputatlıq fəaliyyətinə
xitam verilə bilər. Buna səbəb isə gənc deputatın Səhiyyə nazirinin müavini vəzifəsinə
təyin olunmaq ehtimalıdır.
Bu
ehtimalı gücləndirən əsas amillərdən biri, il yarım deputatlıq fəaliyyəti boyu
Milli Məclisin trubunasından heç bir söz danışmayan, hər hansısa təşəbbüs və təklif
irəli sürməyən deputatın son zamanlar mediada aktivləşməsidir. Diqqət çəkən məqamlardan
biri isə Kəmaləddin Qafarovun mediada seçicilərinin sosial durumundan, daha çox məlumatlı olduğu ölkə səhiyyəsinin
real vəziyyətindən yox, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev cənablarının birbaşa məşğul olduğu müharibə mövzusu ilə
gündəmə gəlməsidir. Bildirək ki, Kəmaləddin Qafarovun sözügedən mövzu ilə bağlı müsahibəsi həm də
facebookda ödənişli əsaslarla sosial şəbəkə istifadəçilərinə təqdim edilir. Bir media orqanının yalnız Kəmaləddin Qafarovla bağlı olan xəbərləri pul xərcləyərək ödənişli əsaslarla milyonlarla istifadəçisi olan şəbəkəyə təqdim etməyinin arxasında əlbəttə ki, böyük məqsədlər dayanır. Güman
olunur ki, gənc deputat bununla ölkənin ali rəhbərliyinə siyasi potensialının
daha böyük olduğunu nümayiş etdirir.
Qeyd edək ki, Kəmaləddin Qafarov deputat olmaqla
yanaşı, həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir. Məhz buna görə də onun səhiyyə sisteminin idarəetməsində böyük təcrübəsinin olduğu deyilir. Bundan əlavə onun ölkəyə dərman preparatları və
tibbi ləvazimatlar idxal edən nəhəng şirkətinin olduğu da müntəzəm olaraq
mediada tirajlanır. Kəmaləddin Qafarov barəsində səslənən digər xəbərdə isə ötən
il Milli Onkologiya Mərkəzinə dərman və sarğı ləvazimatlarının alınması üçün
keçirilən 10.499.998 manatlıq tenderin ona yaxın olan şirkət tərəfindən
udulması iddia olunur.
Xatırladaq ki, Kəmaləddin
Qafarov 1976-cı
ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin
"Maliyyə və kredit” fakültəsinin məzunudur. Azərbaycan Milli Onkologiya Mərkəzinin
baş direktorunun müavinidir. 2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairə
komissiyasından V çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib.
Milli Məclis Səhiyyə Komitəsinin üzvüdür. Rus və türk dillərini bilir.
Onu da qeyd edək ki, Kəmaləddin Qafarovun vətənpərvər
ruha malik və milli dövlətçiliyi sevən şəxs olduğu deyilir.
Qlobal.az