SON XƏBƏR

Kəmaləddin Heydərovun yeznəsi vəzifəsindən azad edildi

Dekabr 04
15:05 2017
Vergilər Nazirliyinin insan resursları departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən öz ərizəsi ilə istefa verib.

Məlumata görə, F.Şahbazov öz ərizəsini Vergilər Naziri Fazil Məmmədova təqdim edib. 

Nazir baş direktorun ərizəsini qəbul edib və Faiq Şahbazovu vəzifəsindən azad edib.

Nazir onun yerinə kiçik vergi xidməti müşaviri Süleymanov Elməddin Nizaməddin oğlunu insan resursları departamentinin müvəqqəti baş direktoru vəzifəsinə təyin edib.

Xatılaladaq ki, Faiq Şahbazov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun bacısının həyat yoldaşıdır.
 
(Unikal.org)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook