SON XƏBƏR

Kəmaləddin Heydərov niyə hədəf seçilib?

May 24
14:13 2017
Nəqliyyat naziri Ziya Məmmədovun 15 illik vəzifə kürsüsünü biabırçı şəkildə tərk etməsini həzm edə bilməyən qüvvələr sabiq nazirin vasitəsi ilə əldə etdikləri imkanları itirdiklərinin fərqinə varıblar. Eyni zamanda bu qüvvələr düşünürlər ki, hansısa mərhələdə Ziya Məmmədov onun hesabına milyonlar əldə edənləri bir-bir məşəl ayağına çəkilmələri üçün "baqaja” qoyacaq. Bu üzdən də prosesləri özlərindən uzaqlaşdırmaq məqsədi ilə maddi imkanlarından istifadə edərək bəzi media orqanlrında Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovu hədəf taxtasına qoymağa çalışırlar.
 
Cənab Heydərovun ölkədə fövqalada halların təşkili istiqamətində atdığı uğurlu addımalar, bu sahədə çalışan insanlara yüksək iş şəraitinin təmin etməsi hər kəsə bəllidir. Elə yayılan xəbərlərdə də əsasən üstünlüyün Fövqaladə Hallar nazirliyində ixtisarlara verilməsi də göstərir ki, bu qüvvələrin başbilənləri düşünürlər ki, ixtisarlar məsələsi qabardılarsa, FH sahəsində çalışanlar rəhbərlikləri qarşısında etirazçı qüvvələrə çeviriləcəklər. Amma bu qüvvələrin yalan və əsasən "qara piar” kompaniyasına dayanaraq qaralama əməllərinə FHN-nin yaydığı rəsmi açıqlama alt-üst etdi.
 
Yəni Nazirlik tərəfindən yayılan rəsmi açıqlamada FHN-də hansısa ixtisarların baş verdiyi ilə bağlı məlumatların əsassız olduğu vurğulandı və üstüörtülü şəkildə bildirildi ki, belə qüvvələr bu tip xəbərlər yaymaqla FH sahəsində çalışanları rəncidə edə bilməyəcəklər.
 
Bu əməllərin sahibləri cəmiyyətdə FHN-nin müsbət münasibətin olduğun bildiyindən, bu dəfə də bəzi virtual media orqanlarında cənab Heydərovun hakimiyyət dairələrində ciddi tənqid edildiyi xəbərin dövriyəyə buraxaraq bu yolla istədiklərinə nail olmağa çalışdılar. Amma yenə də istədiklərinə nail ola bilmədilər. Doğrudur, FHN-də ixtisarlarla bağlı xəbərləri gündəlik müəyyən elektrota malik media orqanlarında yaymağı bacaranlar, digər "qara piar”larını cəmiyyət tərəfindən bir o ədər ciddi hesab edilməyən media orqanlarında yayaraq bu yolla onlar üçün hazırlanan "dar ağacı”nı özlərindən uzaqlaşdırdıqlarını düşündülər.
Amma anlamadıqları, qanmadıqları, dərk etmədikləri, o "quşəppəyi” beyinlərinə yerləşdirə bilmədikləri bir şey var. Bu da Kəmaləddin Heydərovun ölkə prezidentinə sədaqətli olmasıdır. İstər Gömrük Komitəsinin sədri olduğu dövrdə, istərsə də, Fövqaladə Hallar naziri təyin olunduqdan sonra daima ölkə rəhbərliyinə sədaqəti ilə gündəmə gələn cənab Heydərov bu gün də bu siyasətin önündə gedənlərdən biridi.
 
Yəni bu qüvvələr oğluna ayı əti yedizdirən, dövlətin ona həvalə etdiyi nazir postunu atasının "Obyekti” kimi görən Ziya Məmmədovla Kəmaləddin Heydərovu eyniləşdirməklə başlarından çox böyük qələt etdiklərinin fərqində deyillər.
 
Kəmaləddin Heydərov Ziya Məmmədovdan fərqli olaraq Ulu Öndərimiz Heydər Əliyevin sədaqətli kadrlarından olan, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, uzun illər müxtəlif vəzifələrdə çalışmış Fəttah Heydərov kimi dövlət adamının ailəsində böyüyüb və mərhum prezidnetimiz Heydər Əliyev tərəfindən də daima haqqında yüksək sözlər eşidilib.
 
Bu gün belə "qələmun”ların suyu bulandırmaq istəyənlər anlamalıdırlar ki, ünvanı yanlış seçiblər. Yəni Kəmaləddin Heydərov, yaxud da onun rəhbərlik etdiyi nazirliyi hədəf taxtasına oturtmaq onların girə biləcəyi "kol" deyil. Çünki, ölkə prezidneti İlham Əliyev kimin sədaqətli, kimin dövlət üçün can yandıraraq işlədiyini hər kəsdən gözəl bilir. Hələ mərhum prezidentimiz Heydər Əliyevin zamanında da bəziləri Kəmaləddin Heydərovla bağlı ona yanlış məlumatlar verirdi. Amma mərhum prezidentimiz keçirdiyi müşavirədə Kəmaləddin Heydərova inandığını və nahaq yerə gəlib Heydərovu onun yanında pisləmələrinin əbəs olduğunu keçirdiyi müşavirədə üstüörtülü çatdırdı. İndi də çalışın "quşəppəyi" beyninizi yormayın. Çünki, yenədə peysərinizi aşağı salıb getdiyiniz qapıdan qayıdacaqsınız.

Nahid Canbaxışlı



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook