SON XƏBƏR

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edəcək –Vaxt açıqlandı

Fevral 23
15:19 2018
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən fevralın 27-də Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

FHN-dən verilən məlumata görə, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında 26 fevral 2018-ci il tarixdə saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook