SON XƏBƏR

Keçmiş rəisin oğlunun öldüyü qəzanın görüntüləri - VİDEO

Aprel 20
14:33 2017
Ucar-Zərdab yolunun Ucarın Qazyan kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
ARB TV xəbər verir ki, "Mercedes” markalı avtomobillə "VAZ 21011” markalı avtomobil toqquşub.
 
Nəticədə "VAZ”da olanlardan Zərdab rayon sakini, 33 yaşlı Adışirin Sadıqov hadisə yerində ölüb. O, Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur. Ucar rayonunun Qazyan kənd sakini, 60 yaşlı Nizami Manafov və Zərdab rayon sakini, 51 yaşlı Cavanşir Mürşüdov isə xəsarət alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook