SON XƏBƏR

Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi... "Keçmiş çekist olmur"

Avqust 21
11:31 2019
Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib. İctimaiyyət bu təyinatdan təsadüfən, prezident administrasiyasının əməkdaşları və hakim "Gürcü Arzusu” partiyasının nümayəndələri ilə görüş zamanı xəbər tutub.

Dmitri Lejava hakim partiyanın fəallarından biri olub. O Salome Zurabişvilinin seçki kampaniyasında iştirak edib. Ekspertlər bildirirlər ki, Lejava DTK-da 1983-cü ildən işləyib. O bu komitəyə Yury Andropovun sədrliyi dövründə gəlib.

Lakin Müdafiə və Təhlükəsizlik üzrə Vətəndaş Şurasının üzvü Teon Akubardiya bu təyinatla bağlı narazılığını ifadə edib. O deyib ki, Gürcüstanda keçmiş DTK Ali Məktəbiində deyil, Qərbdə təhsiil almış çox sayda təhlükəsizlik eksperti var.

Mixail Saakaşvilinin  müxalif Vahid Millli Hərəkat partiyası isə bəyan ediib ki, bu təyinat ölkənin milli təhlükəsizliyi üçün hədədir. Bəyanatda deyilir ki, "keçmiş DTK əməkdaşları olmur”.
 
(Virtualaz.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook