SON XƏBƏR

Kataloniyada kritik gün - İspaniya Barselonaya ordu yeritsə, Avropa göz yumacaq

Oktyabr 10
11:13 2017
Bu gün Kataloniya parlamenti birtərəfli olaraq müstəqillik elan etməyə hazırlaşır.

Əyalət hakimiyyətinin bu addımı İspaniya hökumətini olduqca mürəkkəb vəziyyətə sala bilər.

Xatırladaq ki, rəsmi Madrid Kataloniya hökumətinin keçirdiyi referendumun nəticələrini tanımaqdan rəsmən imtina edib. Bundan başqa, hakimiyyət orqanları əyalət rəsmilərini birtərəfli qaydada ayrılmaq haqqında qərarı elan etmələri halında olduqca sərt tədbirlərə əl atacaqları ilə hədələyiblər.

Görünən odur ki, katalanları təmsil edənlər öz mövqelərindən geri çəkilmirlər. "Biz qapıları açdıq, biz vasitəçiliklə bağlı təqdim olunan bütün imkanlara "hə” dedik. Əgər İspaniya dövləti müsbət mənada reaksiya göstərməsə, biz başladığımız işi başa çatdıracağıq”, - Kataloniya əyalət hökumətinin başçısı Karles Puçdemon bəyan edib.

Lakin son günlərdə baş verən bəzi gəlişmələr Puçdemonun planlarına mane ola bilər. Məsələn, referendumda Kataloniyada qeydiyyatda olanların sadəcə 42%-nin iştirak etməsi və 3 milyon seçicinin qutulara gəlməməsi ümumxalq səsverməsinin legitimlik məsələsinə kölgə salan səbəblərdən sayılır.

İspaniya hakimiyyətinin əlini gücləndirən səbəblərdən biri də Avropa Birliyinin və ümumiyyətlə, dünyanın əsas güclərinin hələ ki arxalarında durmasıdır.

Məsələn, rəsmi Fransa qətiyyətlə referendumu tanımadığını bəyan edib. Bununla bağlı hökumətin mövqeyini Fransanın Avropa işləri üzrə naziri Natali Luazo dilə gətirib. Maraqlıdır ki, fransız mediası referendumda istifadə oluan bülletenlərin bir hissəsinin məhz Fransada çap olunduğunu aşkar edib. Fransa Kataloniyası da adlandırılan Şərqi Pireneylər departmantində 7 milyon bülleten hazırlanıbmış. Ümumiyyətlə, bu departamentdə 450 min katalon əsilli fransız yaşayır və buna görə də katalonlar bu departmenti də özlərininki hesab edirlər. Elə yerli əhalinin də Kataloniyadakı referenduma rəğbəti hiss olunub.

Bu səbəbdən Fransanın Kataloniyanın müstəqillik referendumuna olan neqativ münasibətini başa düşmək çətin deyil.

Rusiya hadisələrə daha təmkinli yanaşr. Prezident Vldaimir Putin referendumu İspaniyanın daxili məsələsi adlandırıb. Yalnız xarici işlər nazirinin müavini Aleksey Meşkov Rusiyanın İspaniyanı "vahid və mütərəqqi dövlət olaraq görmək istədiyini” söyləyib.

İspaniya isə olduqca zəngin sayılan bu əyaləti buraxmaq fikrində deyil. Baş nazir Mariano Raxoy ölkənin "El Pais” qəzetinə verdiyi müsahibədə Kataloniyanın birtərəfli qaydada müstəqillik elan etməsi halında mərkəzi hakimiyyətin əyalətin muxtariyyatını dayandıra biləcəyini bildirib. Bu imkan İspaniya konstitutsiyasının 155-ci maddəsində nəzərdə tutulub. Həmin maddə mərkəzi hökumətə yerli parlamenti buraxmaq və yeni seçkilər keçirmək səlahiyyəti verir.

İspaniya baş nazirinin müavini Soraya Saens de Santamariya da maddənin tətbiqini istisna etməyib. O, bunun üçün hökumətin digər siyasi qüvvələrdən dəstək almaq niyyətində olduğunu söyləyib.

"Artıq ölkənin suverenliyinin, bərabərliyin və azadlığının müdafiəsi məsələsində partiyalar arasında vəhdət və dialoq anı gəlib yetişib”, - Santamariya "Cadena Cope” radiosuna verdiyi müsahibədə qeyd eidb.

Hər halda İspaniya polisi sərt davranış nümunəsini referendum günündə artıq göstərib. Həmin gün 800dən çox adamın yaralandığı gələn xəbərlər arasındadır.

Ekspertlərin də fikrincə, nə İspaniya, nə də Avropa Birliyi Kataloniyanın müstəqilyyinə razı ola bilməz. Çüki əgər hansısa dövlətdə sərhədlər pozulsa Avropa Birliyində bütün sistem çökər və "hər kəsin hər kəsə qarşı savaş açdığı” situasiya yaranar.

Bu səbəbdən onlaırn fikrincə, əgər İspaniya hökuməti Puçdemonu böyük müqavimətə rəğmən həbs etsə və bunun üçün xüsusi təyinatlı dəstələr göndərsə, Avropa buna sadəcə göz yumacaq.

Bundan başqa, bazar günü Kataloniyanın özündə separatçılıq əleyhinə mtinq keçirilib və həmin mitinqdə yarım milyondan çox insan iştirak edib. Bu isə İspaniya hakimiyyyətinin əlinə olduqca vacib rıçaqlar verib.
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook