SON XƏBƏR

Karapetyanın yaxın adamı intihar etdi

İyul 09
13:22 2018
Bu gün Ermənistanda "Transqaz” şirkətinin direktoru, kriminal avtoritet Ara Vardanyanın qaynatası, "Qazi Kolya” adı ilə tanınan Nikolay Qabrielyan intihar edib.
 
AzVision.az "Shamshyan.com” saytına istinadən xəbər verir ki, N. Qabrielyan yaşadığı evin eyvanına çıxaraq baş nahiyəsinə atəş açıb. Hadisə yerinə baxış zamanı 69 yaşlı Nikolay Qabrielyanın özünü güllələdiyi odlu silah da tapılıb. Hadisənin intihar və ya qətl hadisəsi olması ilə bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Nikolay Qabrielyan Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın yaxın adamı olub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook