SON XƏBƏR

Karantin cəriməsini ödəməyənlər ictimai işlərə cəlb oluna bilər

Avqust 06
14:27 2020
"Karantin cəriməsini müvafiq dövr ərazində ödəməyənlər barədə məlumatlar məhkəməyə göndərilir". 

Bunu HİT.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, ayrı-ayrı rayon polis şöbələri tərəfindən bu istiqamətdə protokollar tərtib olunur.

"Məhkəmələr müəyyən qərarlar qəbul edə, həttə həmin şəxsi cərimə məbləğini 3 ay müddətində ödəmədiyi üçün ictimai işlərə cəlb edə bilərlər. Belə ki, İnzibati Xətalar Məcəlləsində bu şəxslərin 160 saatdan 240 saata qədər ictimai işlərə cəlb olunması ilə bağlı müddəa nəzərdə tutulub. Amma konkret olaraq məhkəmələrin həmin şəxslər barəsində hansı qərarları qəbul etdiyini deyə bilmərəm. Onu qeyd edə bilərəm ki, vətəndaşlar cərimələrini 1 ay müddətində ödəməlidirlər. Əgər 3 ay ərzində ödəmirlərsə, məhkəmələr tərəfindən onlar barəsində müvafiq qərarlar qəbul edilə bilər". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook