SON XƏBƏR

"Kapital Bank"ın rəhbərliyinə yeni təyinatlar

Fevral 20
10:51 2017
"Kapital Bank"ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov Bankın İH sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib.

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, F.Hüseynov yeni vəzifəsində "Kapital Bank"ın daxil olduğu "PAŞA Holdinq"in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirən Fərid Məmmədovu əvəz edib. 

Bundan başqa, Nahid Zeynalov "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Bankın Baş İnformasiya İnzibatçısı təyin olunub. 

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. BBankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook