SON XƏBƏR

Kamran İmanov: “Erməni tarixi mif əsasında qurulub”

Aprel 26
10:50 2017
"Erməni tarixi mif əsasında qurulub”.
 
"Report” xəbər verir ki, bunu Azərbaycanın Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
 
O bildirib ki, erməniçilik Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi məsələsində erməni ənənəsi ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir: "Ermənilərin istər "böyük Ermənistan”, istər "Cənubi Qafqazda erməni avtoxtonluğu” yaxud "böyük erməni mədəniyyəti”, istərsə də "sivilizasiyanın erməni ilk ocağı” haqqında miflər, "erməni genosidi” və digərlər yalanları doğrudan da "böyük istedad tələb edir”.
 
Agentlik sədri vurğulayıb ki, bu mifologiyanın məqsədi "böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə "təbiilik” gətirmək, haqq qazanmaq üçün "sübutlar”, hətta "legitimlik” qazanmaqdır: "Nəhayət, məhz bu mifologiya, erməni xadimlərinin – istər siyasətçi, istər alim, istərsə də kütlə olsun, dünyagörüşünü müəyyənləşdirir”.
 
K.İmanov qeyd edib ki, ermənilərin "xüsusi missiya”sının irəli sürdüyü stereotipi isə beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook