SON XƏBƏR

Kamran Əliyev: Keçən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb

Yanvar 15
14:44 2019
Keçən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8058 müraciətinə baxılıb, cinayət xarakterli 310 material araşdırılıb. Həmin materialların 222-si (71,7 faiz) üzrə cinayət işi başlanıb, 88 (28,3 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

Bunu yanvarın 15-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurumun ötənilki fəaliyyətinin yekunlarına dair təşkil olunan mətbuat konfransında deyib.

Kamran Əliyev qeyd edib ki, korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədilə yaradılan və Baş İdarə ilə vətəndaşlar arasında mühüm dialoq vasitəsi rolunu oynayan 161 – "Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub. Həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilərək vətəndaşların pozulmuş hüquqları bərpa olunub. Aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.


 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook