SON XƏBƏR

Kamran Əliyev hərbi prokurora yeni müavin təyin etdi

İyul 08
14:57 2020
Azərbaycanın hərbi prokuroruna yeni müavin təyin edilib.
 
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Məmmədov Respublika Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib.  

Qeyd edək ki, F.Məmmədov buna qədər Respublika Hərbi Prokurorluğunda şöbə rəisi olub.

Kamran Əliyev həmçinin ədliyyə polkovniki Rövşən Əfəndiyevi Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya  nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadəni Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyevi isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook