SON XƏBƏR

Kamran Ağayevlə Emin Mahmudovun üzvü olduğu "Boavişta" autsayderlə bacarmayıb

Dekabr 19
00:47 2016
Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdikləri "Boavişta" klubu bu gün Portuqaliya çempionatında növbəti oyununu keçirib.
 
"Report"un məlumatına görə, Portu təmsilçisi XIV turda son pillənin sahibi "Tondela"nın qonağı olub.
 
Yenə qələbə qazana bilməyən "Boavişta" bu dəfə autsayderlə matçda xal itirib - 1:1. "Tondela"nın rusiyalı müdafiəçisi Vitali Listsov əsas heyətdə yer alan Ağayevin qapısına 45+1-ci dəqiqədə yol tapıb. Qonaqların braziliyalı yarımmüdafiəçisi Anderson de Karvalyo Santos 88-ci dəqiqədə bərabərlik qolunun müəllifi olub.
 
Ağayev 90 dəqiqə oynasa da, Mahmudov fasilədən dərhal sonra meydana çıxıb.
 
Qeyd edək ki, "Boavişta" 14 oyundan 14 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook