SON XƏBƏR

Kamilə Əliyeva: Hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da ciddi şəkildə nəzərə çarpır

Yanvar 04
00:43 2019
"Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir”. Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib

K.Əliyeva bildirib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da ciddi şəkildə nəzərə çarpır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib.
 
"Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir”-deyə, deputat qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook