SON XƏBƏR

Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 36-ya çatıb

Oktyabr 14
10:25 2017
ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə "AP” agentliyi xəbər verib.

Son məlumatlara əsasən, yanğın azı 5 700 çox ev və inzibati binanı qismən və yaxud tamamilə məhv edib, təxminən 90 min insan evini tərk etmək məcburiyyətində qalıb. Hazırda bölgədə 17 yanğın ocağı mövcuddur. Alovun söndürülməsinə 9 minə yaxın yanğınsöndürən cəlb edilib. Yerli canlı qüvvəyə Kanada və Avstraliyadan gələn yanğınsöndürənlər kömək edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook