SON XƏBƏR

Kadırovun dostunun bacısını uğursuz əməliyyat edən cərrah öldürüldü

Oktyabr 20
17:03 2020
KİV-lər Çeçenistan Respublikasında məşhur bir cərrahın öz əcəliylə ölmədiyini iddia edib.

Qaynarinfo xəbər verir ki, "Qafqaz Düyünü”nün məlumata görə, cərrah Salah Daqayev Çeçenistan rəhbəri Ramzan Kadırovun ortaqlarından birinin yaşlı bacısı üzərində əməliyyat keçirib və yaşlı qadın əməliyyat zamanı ölüb.

"Qafqaz Düyünü" müxalifətin Teleqram kanalına istinadən bildirir ki, bundan sonra maskalı şəxslər Daqıyevi qaçıraraq naməlum istiqamətə aparıb və 23 sentyabrda Daqıyevin cəsədi yaxınlarına verilib.
 
Onun rəsmi ölüm səbəbi infarkt kimi göstərilib. Lakin həkimi tanıyan tibb bacısı Daqıyevin ölümünün təbii səbəblərdən olmasından şübhələndiyini bildirib. "İnsanlar onun başqa bir səbəbdən öldüyünü deyirlər", - qadın deyib, lakin bu barədə məlumat verməkdən imtina edib.

Znak.com Daxili İşlər Nazirliyinin Çeçenistan Baş İdarəsinə və İstintaq Komitəsinin respublika Müdirliyinə sorğu göndərib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook