SON XƏBƏR

Jurnalistlər Röyanı boykot edəcək

Dekabr 01
15:09 2016
Əməkdar artist Röya Ayxanla jurnalistlərin qalmaqalı davam edir.
 
Azxeber.com xəbər verir ki, müğənninin şəxsi "instagram" səhifəsində jurnalistlər haqda yazdığı şərhdən sonra media təmsilçiləri onu boykota hazırlaşır.
 
Bu haqda şou jurnalistləri məlumat verib.
 
Belə ki, Röyanın 31 dekabr günü Olimpiya Stadionunda verəcəyi konsert proqramı ilə mətbuat konfransı planlaşdırılır. Stadiondan şou jurnalistlərinə dəvət göndərilsə də, jurnalistlər həmrəylik göstərərək bu konfransa qatılmayacaqlarını bildiriblər.
 
Mənbənin dediyinə görə, konfransda yalnız Röyaya yaxın olan şou jurnalistlərinin iştirakı gözlənilir.
 
Qeyd edək ki, müğənni ilə jurnalistlər arasında qalmaqal Heydər Əliyev sarayında baş tutan konsert zamanı başlayıb, konsertə sayt jurnalistləri buraxılmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook