SON XƏBƏR

Jurnalistdən Universitet rəhbərliyinə irad: "Ulu Öndər dediyiniz şəxsiyyətin imzası və sözləri asılan tablonun qarşısında Afaqın lüt bədəni kimə lazımdır?"

Mart 16
22:37 2019
Neft və Sənaye Universitetində keçirilən bayram tədbirində müğənni Afaq Aslanın səhnə libası sosial şəbəkələrdə qalmaqala səbəb olub. 
 
Universitet rəhbərliyi bir çox sosial şəbəkə istifadəçisi tərəfindən sərt tənqid olunub. 
 

 
Milli ordunun ehtiyatda olan baş leytenantı, MİQ.Az saytının baş redaktoru Aqil Alışov feysbuk səhifəsində Neft və Sənaye Universitetinin bayram tədbirində iştirak edən müğənninin geyim tərzini tənqid edərək təşkilatçılara sual da ünvanlayıb:
 
"Hər bir şəxsin rəhbərlik etdiyi idarə, müəssisə, universitet və istənilən təşkilat onun SİMASIDIR...Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun siması da bəlli oldu. Zor deyil qardaş, ziyalılarımızın afaqtəfəkkürlü olması, siyasətçilərimizin çəpər səviyyəsindən hələ də çıxa bilmələrinə DƏRD kimi deyil, ADƏT kimi baxırıq...
Heç olmasa Heydər Əliyevə hörmət qoyun. Ulu Öndər dediyiniz şəxsiyyətin imzası və sözləri asılan tablonun qarşısında Afaqın lüt bədəni kimə lazımdır?"
 
Qeyd edək ki, baş verənlərlə bağlı AzEdu.az-a danışan ADNSU ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov Afaq Aslanın tələbələrin istəyi ilə tədbirə dəvət edildiyini, müğənninin çıxışının proqramın qeyri-rəsmi hissəsində, tələbələrin əyləncəsi üçün nəzərdə tutulan konsertdə olduğunu deyib.
 
Qlobal.az
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook