SON XƏBƏR

Jurnalist Nicat Məlikovun ölüm səbəbi məlum oldu (AÇIQLAMA)

Yanvar 24
11:29 2018
"Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Nicat Məlikovun ölümü ilə bağlı ilkin rəsmi məlumat verilib.

Qlobal.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 23-də saat 17:50 radələrində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məlikov Nicat Səməd oğlu Bayıl yaşayış sahəsi, Elşən İsmayılov küçəsi 104-ün qarşısında ayağı və başı səki kənara dəyib. N.Məlikov aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Qeyd edək ki, ilk olaraq N.Məlikovun ürəktutmasından vəfat etdiyi haqda məlumat yayılıb. Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində bəlli olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook