SON XƏBƏR

Jurnalist nazirin mühafizəçiləri tərəfindən döyülüb! – “Oqtay Şirəliyev bir nəfərə işarə etdi ki…” (FOTO)

Aprel 09
17:52 2018
Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin mühafizəçiləri Unikal.org saytının əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər. Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib.
 
Belə ki, Yasamal qəbiristanlığında mərhumla dəfn mərasimini lentə alan jurnalist zorakılığa məruz qalıb. F.Fərhadoğlu üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.
 
F.Fərhadoğlu hadisəni belə nəql edib: "Dəfn mərasimində iştirak edən səhiyyə naziri Oqtay Şirəliyevin telefonla fotosunu çəkərkən, nazir bir nəfərə işarə edib bildirdi ki, fotomu çəkəni soruşun-görün kimdir. Bu zaman orta yaşlı və cavan oğlan mənə yaxınlaşaraq şəkil çəkməməyimi tələb etdilər. Mən isə Kütləvi İnformasiya Vasitələri haqqında qanunu xatırlatdım, vəsiqəmi təqdim edərək bildirdim ki, jurnalistika fəaliyyətimə maneə olmayın. Həmin vaxt 30-35 yaşlı cavan oğlan mənə hücum edərək üzümə sillə və yumruq vurdu. Daha sonra telefonumu əlimdən alaraq özləri ilə götürdülər. Güclə telefonda olan nömrəmi və yaddaş kartını çıxara bildim. Onlar yenidən hücum edərkən hadisə yerindən uzaqlaşdım. Məsələ ilə bağlı hüquq-mühafizə oraqanlarına müraciət edərək bildirmək istəyirəm ki, məni döyənləri və telefonu əlimdən alanları tapıb cəzalandırsınlar”.
 
Qlobal.Az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook