SON XƏBƏR

Jurnalist Elçin Zahiroğlu sərbəst buraxıldı

İyul 03
11:54 2017
Bir neçə gün öncə həbs olunmuş jurnalist Elçin Zahiroğlu sərbəst buraxlıb.
 
Bu barədə onun yaxınları sosial şəbəkədə xəbər paylaşıblar.
 
Xəbər verdiyimiz kimi, "BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu iyunun 1-də  səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.
 
Onun deputat Elmira Axundovanın oğlundan rüşvət aldığı iddia olunurdu.
 
Bu barədə Həbib Axundov özü də mediaya açıqlamasında bildirmişdi.
 
Jurnalistin dostları isə bu işdə bir anlaşılmazlıq və qurama olduğunu bildirərək, həqiqətin tezliklə üzə çıxacağını bildirirdilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook