SON XƏBƏR

“John S.McCain” esminesinin itkin dənizçilərinin axtarışına Malayziya rəhbərlik edəcək

Avqust 22
09:23 2017
ABŞ-ın "John S.McCain” esminesinin Malakko boğazında "Alnic MC” ticarət gəmisi ilə toqquşması nəticəsində itkin düşmüş 10 dənizçinin axtarışları əməliyyatına Malayziya rəhbərlik edəcək. Bu barədə "Star” nəşri Malayziya Dəniz Nəzarəti İdarəsinə (MMEA) istinadla məlumat yayıb.
 
Xəbər verdiyimiz kimi, ABŞ-ın "John S.McCain” esminesi avqustun 21-də səhər saatlarında Sinqapurdakı limana doğru hərəkət edərkən Malakko boğazında "Alnic MC” ticarət gəmisi ilə toqquşub. Nəticədə esminesin 10 dənizçisi itkin düşüb, beş nəfər isə yaralanıb.
 
MMEA-nın baş direktoru admiral Datuk Zulkifli Abu Bakar bildirib ki, axtarış əməliyyatına Sinqapurun rəhbərlik edəcəyi barədə yayılan məlumatlar düzgün deyil. Əlavə edib ki, hadisə Malayziyanın cənubunda, Teluk Ramuniya şəhərindən 4,5 mil məsafədə baş verib. Axtarış-xilasetmə əməliyyatında MMEA ilə yanaşı ölkənin Kral dəniz qüvvələrinin və dəniz polisinin gəmiləri də iştirak edir. Axtarış zonası hər biri 5x5 dəniz mili ölçsündə dörd hissəyə bölünüb.
 
(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook