SON XƏBƏR

Jan Moru dünyasını dəyişdi

İyul 31
16:23 2017
Dünya şöhrətli fransız aktrisa, müğənni, ssenarist və rejissor Jan Moru dünyasını dəyişib.
 
"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, "Jules et Jim" filmi ilə məşhurlaşan aktrisanın 89 yaşı var idi. Aktrisa "Seven days...Seven nights" filminə görə Kan film festivalının, "Viva Maria!" filminə görə Britaniya Televiziya və İncəsənət mükafatına və bir çox digər mükafatlara layiq görülüb. Maru 65 illik kariyerası ərzində "Elevator to the Gallows", məşhur italyan rejissor Mikalencelo Antonioninin "La notte" və s. filmlərdə çıxış edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook