SON XƏBƏR

Jalə Əhmədova seçicilərlə daha bir görüş keçirdi - FOTO

Yanvar 28
18:28 2020
59 saylı Salyan Seçki Dairəsindən deputatlığa namizəd Jalə Əhmədova təşviqat kampaniyasını davam etdirir.
 
Qlobal.az xəbər verir ki, "Seçiminiz gələcəyinizdir!" şüarı, nurlu anaların, ağsaqqalların xeyir-duası ilə parlament seçkisinə qatılan Jalə Əhmədova seçicilərlə daha bir görüş keçirib. 
 
Deputatlığa namizədin bu dəfəki görüşündə iştirak edən seçicilər əsasən gənclərdən ibarət olub. 
 
Jalə Əhmədova Salyan rayonunun vətənpərvər, savadlı, müasir dünya görüşlü, mehriban gənclərinə ona verdikləri dəstək üçün təşəkkür edib. 
 
Azərbaycan dövlətinin gənclərin inkişafına xüsusi önəm verdiyini vurğulayan Jalə Əhmədova gənclərin bir millətin yaşaması, inkişafı üçün təməl daşı olduğu deyib:  "Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır"-deyə, o, bildirib. 
 
Görüşdə iştirak edən seçicilər Jalə Əhmədovanı dəstəkləyəcəklərini bildiriblər.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook