SON XƏBƏR

Jak-lv Henkes: Lüksemburq-Azərbaycan münasibətlərinin canlandırılması prioritet məsələdir

Oktyabr 20
16:37 2017
Bakıda səfərdə olan Böyük Lüksemburq Hersoqluğu Xalq Partiyasının funksioneri, Lüksemburq - Azərbaycan dostluq qrupunun rəhbəri Jak-lv Henkesin başçılıq etdiyi nümayəndə heyəti və Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovla Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüblər. 
 
Görüşdə iştirak edən Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Elmira Axundova "Report"a bildirib ki, görüş zamanı Ə. Həsənov Azərbaycan-Lüksemburq münasibətlərinin əhəmiyyətindən danışıb.
 
Deputatın sözlərinə görə, Ə. Həsənov bildirib ki, Azərbaycan üçün Lüksemburq əhəmiyyətli ölkədir, münasibətlərin inkişafında çox maraqlıdır: "Əli Həsənov qonağa iki tərəfli münasibətlərin inkişafında göstərdiyi səyə görə minnətdarlığını bildirərək ikitərəfli görüşlərin aktivləşdirilməsini təqdirə layiq hesab edib. J. Henkes isə bildirib ki, onun üçün prioritet iki məsələ var: Lüksemburq – Azərbaycan münasibətlərinin siyasi və iqtisadi cəhətdən canlandırılması və parlamentlərarası qarşılıqlı səfərlərin intensivləşdirmək. Bu mənada o, Azərbaycan - Lüksemburq parlamentlərarası dostluq qrupunun üzvlərinin bu ilin yanvar ayında Lüksemburqa səfərini xatırladaraq Lüksemburq Hersoqluğunun Deputatlar Palatasının sədri Mars di Bartolomeonun Azərbaycana səfərinin reallaşdırılmasının arzusunda olduğunu qeyd edib. Qonaq həmçinin Avropada Azərbaycana qarşı bəzi şəxslər tərəfindən çirkin kampaniyaya toxunaraq bununla bağlı Azərbaycan həqiqətlərinin Avropada təbliğinin vacibliyini vurğulayıb, buna dəstək olmağa hazır olduğunu deyib. Henkes Avropada Azərbaycan diasporunun gücündən, xüsusilə Avropa Azərbaycanlıları Konqresi və onun rəhbəri Sahil Qasımovun fəallığından danışaraq bunu dəstəklədiyini bildirib”.
 
E.Axundova onu da bildirib ki, bu görüşün ardınca nümayəndə heyəti ilə Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun üzvlərinin işçi şam yeməyi ətrafında görüş keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook