SON XƏBƏR

İvanka atasının əvəzinə hökumət iclası keçirir

May 18
12:20 2017
Bundan daha əvvəl İvanka Trump bir neçə beynəlxalq forumlarda iştirak edib və dünya liderləri ilə görüşüb
 
"The İndependent" qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, Trampın qızı Ağ Evdə konqresmenlərlə keçirilən iclasa atasının əvəzində sədrlik edib.
 
Həmin vaxt Donald Tramp Konnektikutda Sahil Qvardiyası Akademiyasının məzunları qarşısında çıxış etmək üçün getmişdi.
 
Bu iclasda insan qaçaqmalçılığı ilə mübarizə məsələləri müzakirə edilirdi.
 
Lakin İvanka Trampın administrasiyada artmaqda olan rəsmi rolu siyasi dairələrdə yeni söz-söhbətə səbəb olub.
 
İvanka vaxtilə CBS News telekanalına müsahibəsində "yalnız atasının qızı" olacağını vəd etmişdi.
 
Bundan daha əvvəl İvanka Tramp bir neçə beynəlxalq forumlarda iştirak edib və dünya liderləri ilə görüşüb.
 
Tramp bu barədə sual verənlərə cavab olaraq demişdi ki, qızı hökumət işlərində iştirak etsə də, maaş almır (BBC).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook