SON XƏBƏR

İvanişvilinin oğlu inqilaba dəstək verdi

May 14
20:25 2018
Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişvilinin oğlu reper Bera özünün "Legalize” mahnısını "YouTube” səhifəsində yerləşdirib
 
Virtualaz.org Novosti Qruziya-ya istinadən bildirir ki, o mahnısında ölkədə narko-siyasəti liberallaşdırmağa çağırıb.

Nəşrin yazdığına görə, kiçik İvanişvili öz treyində belə frazalardan istifadə edib: "Mən o nəsli təmsil edirəm ki, daha hökumətdən qorxmur", "Barıqalar bu qədər insanı öldürürlər — qanuniləşməni tələb edirik" və s.

Bera həmçinin bildirib ki, marixuana digər sintetik narkotik vasitələr kimi zərərli maddə deyil.

Xatırladaq ki, mayın 12-də Tbilisidə gecə klublarında narkotikə qarşı böyük səs-küylə reydlər aparılıb. Reydlər əsasən "Bassiani” və "Qalleri” (Cafe Gallery) gecə klublarında təşkil edilib. Əməliyyat zamanı 8 narkotacir tutulub.

Əməliyyat son bir həftə ərzində 5 gəncin mənşəyi məlum olmayan narkotik qəbulundan ölməsi və 8 gəncin xəstəxanalara yerləşdirilməsindən sonra aparılıb.

Amma bir qrup gənc əməliyyata etiraz edib. Buna görə də onlardan bir neçəsi saxlanılıb. Bunun ardınca isə parlament və hökumət binalarının önündə gənclərin çoxminli aksiyaları başlayıb.

Ölkənin baş nazirinin və daxili işlər nazirinin məsələyə qarışmasından sonra aksiyalara bir aylıq fasilə verilib.

Aksiyanın təşkilatçısı olan "Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər.

Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub.

Qeyd edək ki, Gürcüstandan marixuananın leqallaşdırılması ilə bağlı müzakirələr bir neçə ildir ki, davam edir. 2016-cı ilin sonlarında bu vasitədən az miqdarda istifadə üçün həbs cəzası ləğv edilmişdi.

... Amma bir çox ekspertlər güman edirlər ki, Gürcüstandakı etirazların arxasında sadəcə narkotiklərin qanuniləşdirilməsi tələbi yox, gənclərin inqilabçı əhval-ruhiyyələri durur. Və bunun səbəbləri var.

Məsələn, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Hollandiyadan "Rustavi 2" telekanalının efirinə canlı bağlantı zamanı bildirib: "Gürcüstan paytaxtı Tbilisidə gənclərin ikigünlük etirazı milyarder Bidzina İvanişvilinin qeyri-rəsmi idarəetməsi nəticəsində yaranmış dərin dağıdıcı proseslərlə əlaqədardır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook