SON XƏBƏR

İtkin düşmüş gəminin heyət üzvlərinin ailələrinə təzminat ödəniləcək

Fevral 09
10:53 2018
Rusiyanın Saxalin vilayətinin hökuməti yanvarın 25-də Yapon dənizində itmiş "Vostok" gəmisinin aralarında iki azərbaycanlının da olduğu heyət üzvlərindən 16-sının ailəsinə təzminat ödəyəcək.
 
TASS xəbər verir ki, bunu cümə günü jurnalistlərə Saxalin vilayətinin sosial müdafiə naziri Yelena Kasyanova bildirib.
 
"Ödəmələr 16 ailəyə veriləcək. İdarə xətti ilə bütün zəruri sənədlər hazırlanıb, bu gün onlar imzalanması üçün region rəhbəri Oleq Kojemyakoya göndəriləcək. Güman edilir ki, vəsait artıq fevralın 19-dan saxalinlilərin hesabına daxil olmağa başlayacaq", - deyə nazir bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook