SON XƏBƏR

İtkin düşən polkovnik-leytenantın şəhid xəbəri gəldi

Fevral 27
12:50 2021
Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

Qlobal.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitin nəşi Murovdağ istiqamətində – Ömər aşırımında tapılıb.

Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi.

Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qalıb.

Allah rəhmət eləsin!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook