SON XƏBƏR

İtaliyanın iqtisadiyyat naziri Bakıya gələcək

Fevral 20
19:01 2017
İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Bakıya işgüzar səfərə gələcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumatda deyilir.
 
Verilən məlumata görə, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook