SON XƏBƏR

İtaliya TAP-ın tikintisinə icazə verdi

Mart 28
10:45 2017
İtaliyanın Dövlət Şurası Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılıq verib.
 
Virtualaz.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, beləliklə, Dövlət Şurası tərəfindən İtaliyanın cənubunda yerləşən Apuliya vilayətinin rəsmi etirazı rədd olunub. Yeri gəlmişkən, bu vilayətin sakinləri son vaxtlar TAP-ın tikintisinə qarşı etiraz aksiyaları keçirirdilər.
 
Dövlət Şurasının idarəetmə sahəsində qanunvericiliyin qorunması ilə bağlı inzibati-hüquqi məsələlərə nəzarət edən qərarı yerli hakimiyyət orqanlarının mənfi rəyini nəzərə almamağa imkan verir və faktiki olaraq Azərbaycan qazını İtaliyaya aparmalı olan TAP-ın tikintisi üçün "yaşıl işıq" yandırır.
 
Ümumi uzunluğu 520 km olan TAP Cənub Qaz Dəhlizinin davamı olaraq Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. İlkin mərhələdə TAP-ın buraxılış qabiliyyəti 10 mlrd. kubmetrdir. Sonrakı mərhələdə bu rəqəm 20 mlrd. kubmetrədək artırıla bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook