SON XƏBƏR

İsveçrənin Ankaradakı səfiri XİN-ə çağırıldı

Mart 27
01:03 2017
İsveçrənin Ankaradakı səfiri Valter Haffner Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Axar.az xəbər verir ki, rəsmi Ankara səfirə Berndə PKK tərəfdarlarının Prezident Rəcəb Tayyib Ərdoğana qarşı keçirdiyi mitinqə görə narahatlığını çatdırıb.
 
Səfirə insanları cinayətə təhrik edən belə mitinqlərin keçirilməsinə səbəb olanların cəzalandırılmasının vacibliyi xatırladılıb.
 
Qeyd edək ki, İsveçrənin paytaxtı Berndə PKK tərəfdarlarının təşkil etdiyi "referenduma yox” mitinqində "Ərdoğanı öldürün” yazılmış plakat açılıb. Plakatda Ərdoğanın başına silah dayanmış halda təsviri yer alıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook