SON XƏBƏR

İsveç, İngiltərə və Fransada terror həyəcanı

Sentyabr 15
13:26 2017
İsveç, İngiltərə və Fransada terror həyəcanı yaşanıb.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İsveçdə Skone bölgəsində bomba yüklü maşın ələ keçirilib. Bildirilir ki, bölgədə yollar bağlanılıb və bomba zərərsizləşdirən mütəxəssislər hadisə yerinə cəlb edilib.
 
İngiltərənin paytaxtı Londonda yerləşən "Parsons Green" metro stansiyasında isə partlayış baş verib. Hadisə nəticəsində bəzi sərnişinlərin üzünün yandığı deyilir. Partlayış terakt olub-olmaması barədə hələlik məlumat verilmir. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
 
Fransanın paytaxtı Parisdə isə növbədə olan əsgərlərə bıçaqlı hücum təşkil edilib. Terrorla mübarizə proqramı çərçivəsində xidmət edən əsgərlərə təşkil edilən hücumda yaralanan olmayıb. Cinayətkarın həbs edildiyi bildirilir.
 
Qeyd edək ki, son dövrlərdə Avropanın müxtəlif şəhərlərində polis və əsgərlərə qarşı təşkil edilən hücumların sayı kəskin artıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook