SON XƏBƏR

İstintaqa cəlb olunduğu deyilən SOCAR-ın vitse-prezidenti açıqlama yaydı

Yanvar 11
19:53 2017
Fətullah Gülən məsələsinə görə istintaqa cəlb olunduğu deyilən SOCAR-ın vitse- prezidenti Xalik Məmmədov açıqlama yayıb.
 
Az öncə feysbuk səhifəsində bu gün haqqında yazılanların əsassız olduğunu qeyd edən Xalik Məmmədov mətbuatı diqqətli olmağa səsləyib.
 
"Bir neçə elektron kütləvi informasiya vasitələri heç bir əsası olmayan, məsuliyyətsiz, əsassız və yalan məlumat yayaraq mənim guya ki, istintaqa cəlb olunmağımla bağlı işgüzar fəalyyətimə, şərəfimə və ləyaqətimə xələl gətirə biləcək məlumat yayıblar. Guya ki, mən Baş Prokrurluğun Ağır Cinayətlərə dair İşləri üzrə İstintaq İdarəsində istintaqa cəlb olunmuşam...
 
Bu xəbəri yayan informasiya vasitələrinin rəhbərlərini, yazının müəllifini məsuliiyətə çağırır, onların yoxlanılmamış məlumatı yaymaqda hansı hüquqa zidd hərəkət etdiklərini özlərinə xatırlatmaq istəyirəm..... Yəqin ki, jurnalist, bununla bağlı istintaq aparan orqandan həqiqəti öyrənməli və sonra ictimailəşdirməli idi. Bu onun borcudur və buna görə məsuliyyəti var.
 
Tutduğm mövqeyə və daşıdığım vəzifə öhdəliklərinə görə mən jurnalistlər üçün həmişə açıq olmağa çalışmış və onların suallarını cavablandırmağa çalışmışam. Bu xəbərlə bağlı isə mənə heç kim müraciyət etməmişdir.... Düşünürəm ki, bu xəbəri çap edənlər, onu saytlarında yayanlar hüquqi məsuliyət və cavabdehlikdən xəbərsiz deyillər. Ona görə də sayıram ki, jurnalist etikasına yaraşmayan və məhkəməyə gətirib çıxarda biləcək bu hərəkətlərindən çəkinsinlər....
 
Mən hal hazırda növbəti əmək məzuniyyətindəyəm və tam təsadüf üzündən bu xəbəri oxumuşam. SOCAR Mətbuat xidməti bununla bağlı açıqlama vermişdir, çox sağ olsunlar...."
 
Qeyd edək ki, bu gün elektron mediada Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri Üzrə İstintaq İdarəsindən aparılan "Gülən İşi” üzrə istintaqa cəlb olunduğu barədə məlumatlar yayılıb.

Məlumatda qeyd olunur ki, SOCAR rəhbərliyində çalışan bir qrup şəxsin cəlb olunduğu istintaqda bir neçə dəfə dindirmələr olub və vitse-prezident öz vəkiliylə bu prosesdə iştirak edib. Xalik Məmmədova verilən əsas suallardan biri isə Fətullah Gülənə məxsus ali məktəbləri bitirən və onun şəbəkəsinə daxil olan şəxlərin SOCAR-da necə işə alınması ilə bağlı olub.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook