SON XƏBƏR

İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşları prezidentliyə namizəd cənab İlham Əliyevə dəstək aksiyası keçiriblər

Aprel 07
14:10 2018
Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Avropa ölkələrində və MDB məkanında yaşayan soydaşlarımız, bütün dünya azərbaycanlıları  prezidentliyə namizəd cənab İlham Əliyevə bu və ya digər formada dəstək nümayiş etdirirlər.  Xaricdə yaşayan soydaşlarımız, müxtəlif diaspor təşkilatları  bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin namizədliyini müdafiə etdiklərini bildirir və dəstək aksiyası keçirirlər.
 
Bu silsilədən növbəti belə bir aksiya qardaş Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşları tərəfindən keçirilib. Görüşdə  «Hilal» İctimai Birliyinin sədri Arzuman Abdulkərimov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan ətraflı bəhs edib. O, həmvətənlərimizi aprelin 11-də cənab İlham Əliyevə səs verməyə səsləyib.
 
Tədbirdə, həmçinin, Avrasiya Gənclərin Beynəlxalq Əməkdaşlıq Təşkilatının sədri, Türkiyə Doqquz Eylül Universitetinin doktorantı Tural Əfəndiye, İstanbul Böyükşəhər Bələdiyyəsi idman klubunun üzvü, güləş üzrə dünya və Avropa mükafatçısı Məhəmmədhüseyn Həsənov və digərləri çıxış edərək, Azərbaycanın daha da inkişafı və qüdrətlənməsi naminə vətəndaşlarımızı cənab İlham Əliyevə səs verməyə çağırıblar.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook