SON XƏBƏR

İstanbul polisindən iddia- “Lənkəraniski“nin qardaşı “Quli”nin başına 5 milyon qoyub - Video

Noyabr 08
19:13 2017
Türkiyə polisi Rövşən "Lənkəranski”nin polkovnik qardaşının İstanbulda planladığı əməliyyatın detalları barədə məlumat yayıb

Gununsesi.info DHA-ya istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində ötən həftə İstanbulun Bakırköydəki AVM-dəki restoranların birində həyata keçirilən əməliyyatın detalları bəlli olub.

Həyata keçirilən əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər yaxalanıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən 9 tapança götürülüb. 

İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən verilən xəbərə görə, 2016-cı ilin 18 avqustunda Beşiktaş rayonu ərazisində azərbaycanlı mafiya başçısı Rövşən "Lənkəranski”nin öldürülməsindən sonra qardaşı Namiq Caniyevin intiqam almaq üçün İstanbula getdiyi bəlli olub. 

Namiq Caniyev və Mehmet Sabri Şirinə 5 milyon dollar qarşılığında Rövşən "Lənkəranski”nin qatillərinin aradan götürülməsi barədə razılığa gəlindiyi bildirilir. Hadisə zamanı saxlanılan şəxslərin üzüstə yerə yıxaraq fotoları çəkilib. 
 
Qlobal.Az
 

 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook