SON XƏBƏR

İstanbul boğazı Azərbaycan bayrağına büründü - FOTO

May 29
01:13 2017
Mayın 28-də Ankara vaxtı ilə saat 20:35-dən etibarən İstanbul boğazında Fatih Sultan Mehmet körpüsü Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılır.

Qlobal.az-ın Trend-ə istinadən məlumatına görə, rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişir.

Bu unikal bayram təbriki Azərbaycanın İstanbul şəhərindəki Baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə həyata keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook